Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 15

Yeşua 15:17-34

Help us?
Click on verse(s) to share them!
17Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi.
18Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»
19Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
20Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur:
21Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur,
22Qina, Dimona, Adada,
23Qedeş, Xasor, İtnan,
24Zif, Telem, Bealot,
25Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor
26Amam, Şema, Molada,
27Xasar-Qadda, Xeşmon, Bet-Pelet,
28Xasar-Şual, Beer-Şeva, Bizyotya,
29Baala, İyim, Esem,
30Eltolad, Kesil, Xorma,
31Ziqlaq, Madmanna, Sansanna,
32Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi.
33Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna,
34Zanoah, En-Qannim, Tappuah, Enam,

Read Yeşua 15Yeşua 15
Compare Yeşua 15:17-34Yeşua 15:17-34