Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 9

Yəhya 9:28-40

Help us?
Click on verse(s) to share them!
28Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik.
29Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik».
30O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı.
31Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır.
32Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın.
33Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi».
34Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.
35O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?»
36O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?»
37İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur».
38O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi.
39İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun».
40Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular.

Read Yəhya 9Yəhya 9
Compare Yəhya 9:28-40Yəhya 9:28-40