Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 6

Yəhya 6:48-70

Help us?
Click on verse(s) to share them!
48Həyat çörəyi Mənəm.
49Ata-babalarınız çöldə manna yedilər və öldülər.
50Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz.
51Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».
52Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər.
53Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq.
54Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm.
55Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir.
56Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram.
57Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq.
58Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq».
59İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.
60Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?»
61Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi?
62Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə?
63Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
64Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi.
65O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz».
66Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi.
67Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?»
68Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən.
69Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən».
70İsa onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir».

Read Yəhya 6Yəhya 6
Compare Yəhya 6:48-70Yəhya 6:48-70