Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 2

Yəhya 2:3-22

Help us?
Click on verse(s) to share them!
3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı».
4İsa dedi: «Ay ana, Məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb».
5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin».
6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi.
7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular.
8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı.
9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi:
10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».
11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi.
12Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi.
14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü.
15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü,
16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin».
17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.
18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?»
19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram».
20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?»
21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu.
22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar.

Read Yəhya 2Yəhya 2
Compare Yəhya 2:3-22Yəhya 2:3-22