8Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi.
9Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar.
10Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.
11Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı.
12Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu.