Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vaiz - Vaiz 9

Vaiz 9:3-15

Help us?
Click on verse(s) to share them!
3Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər.
4İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır.
5Çünki dirilər öləcəklərini bilir, Ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək, Çünki onların xatirəsi də unudulub.
6Ölülərin sevgisi, nifrəti, Paxıllığı artıq məhv olub. Səma altında görülən işlərdə Daha payları olmayacaq.
7Get çörəyini şadlıqla ye, Şərabını şən ürəklə iç. Çünki artıq Allah Etdiyin işlərdən razıdır.
8Qoy paltarın həmişə ağ olsun, Başından ətirli yağ əskik olmasın.
9Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur.
10Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.
11Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.
12Həmçinin insan öz vaxtını bilmir. Balıqlar amansız bir tora, Quşlar tələyə düşdüyü kimi İnsanlar da pis bir zəmanəyə düçar olur, Onda pis zəmanə qəfildən başlarının üstünü alır.
13Səma altında mənə çox təsir edən bu hikməti də gördüm:
14içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü.
15Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı.

Read Vaiz 9Vaiz 9
Compare Vaiz 9:3-15Vaiz 9:3-15