Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vaiz - Vaiz 7

Vaiz 7:10-29

Help us?
Click on verse(s) to share them!
10“Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
11Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.
12Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər.
13Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər?
14Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin.
15Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
16Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?
17Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən?
18Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar.
19Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər.
20Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
21Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən.
22Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən.
23Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım.
24Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?
25Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir.
26Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar».
27Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman
28Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
29Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü.

Read Vaiz 7Vaiz 7
Compare Vaiz 7:10-29Vaiz 7:10-29