Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vaiz - Vaiz 5

Vaiz 5:8-12

Help us?
Click on verse(s) to share them!
8Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var.
9Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.
10Pul sevən puldan doymaz, Var-dövlət sevən də qazancdan. Bu da puçdur.
11Var-dövlət çoxaldıqca Onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var?
12Fəhlə az da yesə, çox da yesə, Yuxusu şirindir. Amma varlı adamın dövləti qoymaz ki, O, rahat yatsın.

Read Vaiz 5Vaiz 5
Compare Vaiz 5:8-12Vaiz 5:8-12