Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vaiz - Vaiz 3

Vaiz 3:6-15

Help us?
Click on verse(s) to share them!
6Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı. Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.
7Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı. Susmağın öz vaxtı, danışmağın öz vaxtı.
8Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı. Müharibənin öz vaxtı, sülhün öz vaxtı.
9İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?
10Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
11Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.
12Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur.
13Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.
14Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun.
15İndi nə olursa, keçmişdə də olub, Nə olacaqsa, lap qədimdən də var idi. Allah olub-keçənləri araşdırır.

Read Vaiz 3Vaiz 3
Compare Vaiz 3:6-15Vaiz 3:6-15