1Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
2Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur!
3İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var?
4Bir nəsil gedir, o biri nəsil gəlir, Amma dünya daim qalır.
5Günəş çıxır, günəş batır, Sonra tələsik yerinə dönür ki, Təzədən çıxsın.
6Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir.
7Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar.