Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 24

Saylar 24:5-22

Help us?
Click on verse(s) to share them!
5“Ey Yaqub, sənin çadırların, Ey İsrail, məskənlərin nə gözəldir!
6Yayılırlar vadilər tək, Çay kənarındakı bağ-bağçalar tək, Rəbbin bitirdiyi əzvay ağacları tək, Çay kənarındakı sidr ağacları tək.
7Satıllarından sular axacaq, Toxumları bol su ilə sulanacaq, Padşahları Aqaqdan böyük olacaq, Padşahlıqları ucalacaq.
8Allah onları Misirdən çıxartdı; Onların çöl öküzü kimi qüvvəti var. Onlar düşmən millətləri yeyib qurtaracaq. Sümüklərini qıracaq, Oxları ilə onları dələcək.
9Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar. Onları oyandırmağa kim cürət edər? Sizə xeyir-dua verən xeyir-dualı olsun, Sizə lənət oxuyan qoy lənətli olsun!”»
10Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən.
11İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni mükafatdan məhrum etdi».
12Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi,
13Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm.
14İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim».
15Sonra Bilam gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı,
16Allahın sözlərini eşidən, Haqq-Taalanın biliyinə qovuşan, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı:
17“Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək.
18Onun düşməni Edomla Seir təslim olacaq, İsrail isə get-gedə güclənəcək.
19Yaqubun nəslindən olan o adam Səltənət sürəcək, Şəhərdə sağ qalanları məhv edəcək”».
20Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq».
21Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm, Yuvanız qayada qurulub.
22Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda Yanıb yox olacaqsınız».

Read Saylar 24Saylar 24
Compare Saylar 24:5-22Saylar 24:5-22