Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 1

Saylar 1:1-13

Help us?
Click on verse(s) to share them!
1İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında, Hüzur çadırında Rəbb Musaya belə dedi:
2«Bütün İsrail övladlarının icmasını, nəsilləri və ailələri ilə birlikdə siyahıya alın. Bütün kişiləri ayrı-ayrı sayıb adlarını yazın.
3İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişini sən və Harun siyahıya alıb dəstələrə ayıracaqsınız.
4Sizinlə bərabər hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır.
5Sizə kömək edəcək adamlar bunlardır: Ruven qəbiləsindən: Şedeur oğlu Elisur;
6Şimeondan: Surişadday oğlu Şelumiel;
7Yəhudadan: Amminadav oğlu Naxşon;
8İssakardan: Suar oğlu Netanel;
9Zevulundan: Xelon oğlu Eliav;
10Yusif övladlarından: Efrayimdən: Ammihud oğlu Elişama; Menaşşedən: Pedahsur oğlu Qamliel;
11Binyamindən: Gidoni oğlu Avidan;
12Dandan: Ammişadday oğlu Axiezer;
13Aşerdən: Okran oğlu Pagiel;

Read Saylar 1Saylar 1
Compare Saylar 1:1-13Saylar 1:1-13