Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 15

Saylar 15:8-29

Help us?
Click on verse(s) to share them!
8Rəbbə yandırma qurbanı, əhd qurbanı və yaxud ünsiyyət qurbanı kimi bir buğa kəsərkən
9buğa ilə birlikdə taxıl təqdimi kimi yarım hin zeytun yağı ilə yoğrulmuş efanın onda üçü qədər narın un gətirin.
10İçmə təqdimi kimi yarım hin şərab təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
11Hər buğa, qoç, quzu və yaxud keçi belə hazırlansın.
12Nə qədər heyvan kəssəniz, hər biri ilə birlikdə eyni təqdimi gətirin.
13Hər bir yerli İsrail övladı Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən bu şeyləri belə etsin.
14Müvəqqəti yaxud nəsildən-nəslə aranızda yaşayan yadelli Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən eynilə sizin etdiyiniz kimi etsin.
15Ey camaat, sizin üçün də, sizinlə yaşayan yadelli üçün də qayda birdir, nəsillər boyu daimi qaydadır, çünki Rəbb sizə də, yadellilərə də bir gözlə baxır.
16Sizin üçün də, sizinlə yaşayan yadellilər üçün də eyni qanun və eyni hökm olmalıdır”».
17Rəbb Musaya belə dedi:
18«İsrail övladlarına belə söylə: “Mən sizi aparacağım torpağa girib yaşadığınız vaxt
19torpağın çörəyindən yeyəndə onun müəyyən hissəsini Rəbbə qaldırma təqdimi kimi verin.
20İlk xəmirinizdən bir yastı kökə gətirin, bunu xırmanınızın qaldırma təqdimi kimi verin.
21İlk xəmirinizdən edilən bu qaldırma təqdimini nəsildən-nəslə qədər Rəbbə verin.
22Əgər səhv edib Rəbbin Musaya buyurduğu əmrlərin birinə –
23Rəbbin əmr etdiyi gündən başlayaraq nəsildən-nəslə Musa vasitəsilə sizə buyurduğu hər hansı bir şeyə əməl etmirsinizsə
24bu iş səhvən İsrail icması tərəfindən bilmədən edilirsə, onda bütün icma Rəbbin xoşuna gələn ətir olaraq qaydaya görə taxıl və içmə təqdimləri ilə birlikdə yandırma qurbanı olaraq bir buğa və günah qurbanı olaraq bir təkə gətirsin.
25Kahin bütün İsrail övladlarının icması üçün kəffarə etsin. Beləcə onlar bağışlanacaqlar, çünki səhv olmuşdur və bu səhv üçün də Rəbb üçün yandırma təqdimi olan qurbanlarını və Onun hüzurunda günah qurbanlarını gətirmişlər.
26Bütün İsrail icması və aralarında yaşayan yadellilər bağışlanacaq, çünki bütün xalq bilmədən səhv etmişdir.
27Əgər bir nəfər bilmədən günah edərsə, qoy günah qurbanı olaraq birillik dişi keçi gətirsin.
28Kahin bilmədən günah işlədən adam üçün Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın. Kəffarə edilən adam bağışlanacaq.
29İsrail övladları arasında yerli olsun ya da yadelli olsun, bilmədən günah edənlər üçün qoy qanun bir olsun.

Read Saylar 15Saylar 15
Compare Saylar 15:8-29Saylar 15:8-29