Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 10

Saylar 10:9-29

Help us?
Click on verse(s) to share them!
9Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.
10Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm».
11İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi.
12İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı.
13İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər.
14Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi.
15İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi.
16Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi.
17Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.
18Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi.
19Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi.
20Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.
21Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.
22Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi.
23Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi.
24Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi.
25Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi.
26Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel,
27Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi.
28İsrail ordu dəstələri bu nizamla yola düşərdilər.
29Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib».

Read Saylar 10Saylar 10
Compare Saylar 10:9-29Saylar 10:9-29