Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 8

Süleymanin Məsəlləri 8:24-31

Help us?
Click on verse(s) to share them!
24Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.
25Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.
26Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,
27Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
28Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda,
29Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə
30Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim.
31Yaratdığı aləmə görə sevinirdim, Bəşər övladlarına görə fərəhlənirdim.

Read Süleymanin Məsəlləri 8Süleymanin Məsəlləri 8
Compare Süleymanin Məsəlləri 8:24-31Süleymanin Məsəlləri 8:24-31