Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 8

Süleymanin Məsəlləri 8:11-35

Help us?
Click on verse(s) to share them!
11Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil.
12Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam.
13Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
14Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
15Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir.
16Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir.
17Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.
18Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır.
19Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir.
20Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm.
21Məni sevənləri sərvətə çatdıraram, Xəzinələrini dolduraram.
22Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu.
23Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim.
24Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.
25Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.
26Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,
27Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
28Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda,
29Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə
30Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim.
31Yaratdığı aləmə görə sevinirdim, Bəşər övladlarına görə fərəhlənirdim.
32İndi, ey övladlar, mənə qulaq asın: Yoluma bağlı qalan nə bəxtiyardır!
33Verdiyim tərbiyəyə qulaq asın, Hikmət alın, onu bir tərəfə atmayın.
34Mənə qulaq asan, Hər gün darvazalarım qarşısında duran, Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!
35Çünki məni tapan həyat tapar, Rəbbi razı salar.

Read Süleymanin Məsəlləri 8Süleymanin Məsəlləri 8
Compare Süleymanin Məsəlləri 8:11-35Süleymanin Məsəlləri 8:11-35