Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 8

Süleymanin Məsəlləri 8:1-10

Help us?
Click on verse(s) to share them!
1Məgər hikmət çağırmırmı, Məgər dərrakə səsləmirmi
2Uca yerlərdə, yol kənarında, Yollar ayrıcında dayanıb?
3Darvazaların yanında, şəhərin qarşısında, Qapıların kandarında çağırır:
4«Ey insanlar, mən sizi səsləyirəm, Ey bəşər övladları, sizə xitab edirəm.
5Ey cahillər, uzaqgörən olun, Ey axmaqlar, ağıllanın.
6Dinləyin, əla şeylərdən danışıram, Dilimdən düz sözlər çıxır.
7Ağzım həqiqət söyləyir, Dilim şərdən iyrənir.
8Ağzımdan yalnız salehlik sözləri çıxır, Sözlərimdə nə əyrilik, nə də ki yalan var.
9Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir.
10Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin.

Read Süleymanin Məsəlləri 8Süleymanin Məsəlləri 8
Compare Süleymanin Məsəlləri 8:1-10Süleymanin Məsəlləri 8:1-10