Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 7

Süleymanin Məsəlləri 7:8-16

Help us?
Click on verse(s) to share them!
8Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi.
9Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda.
10Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı.
11O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır.
12Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar.
13O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi:
14«Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm.
15Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım.
16Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm.

Read Süleymanin Məsəlləri 7Süleymanin Məsəlləri 7
Compare Süleymanin Məsəlləri 7:8-16Süleymanin Məsəlləri 7:8-16