Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 6

Süleymanin Məsəlləri 6:23-30

Help us?
Click on verse(s) to share them!
23Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
24Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar.
25Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma.
26Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.
27Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı?
28Köz üzərində gəzənin Ayaqları bişməzmi?
29Qonşusunun arvadının yanına girənin də halı belədir, O qadına toxunan cəzasını çəkər.
30Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz.

Read Süleymanin Məsəlləri 6Süleymanin Məsəlləri 6
Compare Süleymanin Məsəlləri 6:23-30Süleymanin Məsəlləri 6:23-30