Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 6

Süleymanin Məsəlləri 6:1-15

Help us?
Click on verse(s) to share them!
1Oğlum, qonşuna zamin durub, Yadlarla əlbir olub,
2Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə, Ağzından çıxan sözlərlə ələ keçmisənsə,
3Demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qurtar: Get onun ayağına düş, yalvar-yaxar.
4Qoy gözünə yuxu getməsin, Kirpiklərin ağırlaşmasın.
5Özünü ovçunun əlindən ceyran kimi, Quşbazın əlindən quş kimi qurtar.
6Ey tənbəl, qarışqalara diqqət yetir, Onların həyatından ibrət götür.
7Onların nə başçıları var, Nə nəzarətçiləri, nə də hökmdarları.
8Yayda azuqələrini yığar, Biçin vaxtı özlərinə yem toplayarlar.
9Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan?
10Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
11Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər.
12Yaramaz adam – şər insan Əyri danışaraq dolanar,
13Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər.
14Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar.
15Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar.

Read Süleymanin Məsəlləri 6Süleymanin Məsəlləri 6
Compare Süleymanin Məsəlləri 6:1-15Süleymanin Məsəlləri 6:1-15