Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 5

Süleymanin Məsəlləri 5:3-13

Help us?
Click on verse(s) to share them!
3Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır.
4Amma aqibəti yovşan kimi acıdır, İkiağızlı qılınc kimi kəskindir.
5Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır.
6Həyat yoluna fikir vermir, Yolları dolaşıqdır, özü də bilmir.
7İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərdən yayınmayın.
8Belə qadından uzaq ol, Evinin qapısına yaxın getmə.
9Yoxsa şərəfini yadlara verərsən, Ömrünü zalımlara sərf edərsən.
10Sənin var-yoxunu yadlar yeyər, Qazancın özgənin evinə gedər.
11Ömrünün sonu çatanda, Canında taqət qalmayanda Ah-nalə çəkərək belə deyərsən:
12«Mən də tərbiyəyə nifrət etdim, Ürəyimdə məzəmmətlərə güldüm!
13Müəllimimin sözünə baxmadım, Tərbiyəçilərimə qulaq asmadım.

Read Süleymanin Məsəlləri 5Süleymanin Məsəlləri 5
Compare Süleymanin Məsəlləri 5:3-13Süleymanin Məsəlləri 5:3-13