Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 4

Süleymanin Məsəlləri 4:1-23

Help us?
Click on verse(s) to share them!
1Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun.
2Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın.
3Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda
4Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun.
5Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
6Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar.
7Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən.
8Onu üstün tutsan, səni ucaldar, Əgər ona bağlansan, səni şərəfə çatdırar.
9O sənin başının gözəl çələngi olar, Başına şərəf tacı qoyar».
10Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan.
11Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm.
12Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz.
13Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır.
14Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə.
15Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç.
16Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar.
17Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər.
18Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
19Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.
20Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as.
21Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru.
22Çünki onları tapanlar Həyat və cansağlığı tapar.
23Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.

Read Süleymanin Məsəlləri 4Süleymanin Məsəlləri 4
Compare Süleymanin Məsəlləri 4:1-23Süleymanin Məsəlləri 4:1-23