Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 3

Süleymanin Məsəlləri 3:17-24

Help us?
Click on verse(s) to share them!
17Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
18Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
19Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib.
20Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.
21Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə.
22Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar.
23O zaman rahat gəzərsən, Ayaqların büdrəməz.
24Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.

Read Süleymanin Məsəlləri 3Süleymanin Məsəlləri 3
Compare Süleymanin Məsəlləri 3:17-24Süleymanin Məsəlləri 3:17-24