Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 31

Süleymanin Məsəlləri 31:3-28

Help us?
Click on verse(s) to share them!
3Gücünü qadınlara, Yollarını padşahları məhvə aparanlara sərf etmə.
4Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.
5İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar.
6Kefləndirici içkini düşkünə, Şərabı dərdliyə verin.
7Qoy içib yoxsulluğunu unutsun, Öz dərdini daha yada salmasın.
8Dilsizə görə ağız aç, Bütün möhtacların haqqını qoru.
9Ağzını aç, ədalətlə hökm ver, Məzlumların, fəqirlərin haqqını yerinə yetir.
10Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir.
11Ərinin qəlbi ondan arxayındır, Dayanmadan bərəkət qazanır.
12Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir,
13Yunu, kətanı tapıb seçir, Əlindən hər iş zövqlə gəlir.
14Ticarət gəmilərinə bənzəyir, Uzaqlardan gələn ruzini gətirir.
15Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır.
16Tarlaya baxandan sonra satın alır, Əlinin zəhməti ilə bağ salır.
17Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır.
18Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır.
19Əlləri ilə cəhrə əyirir, İyini bərkidir.
20Məzlumlar üçün əliaçıqdır, Fəqirlərə əl tutur.
21Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib.
22Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır.
23Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur.
24Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır.
25Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür.
26Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır.
27Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir.
28Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir:

Read Süleymanin Məsəlləri 31Süleymanin Məsəlləri 31
Compare Süleymanin Məsəlləri 31:3-28Süleymanin Məsəlləri 31:3-28