Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 30

Süleymanin Məsəlləri 30:6-26

Help us?
Click on verse(s) to share them!
6Onun sözünə heç nəyi əlavə etmə, Yoxsa səni tənbeh edər, yalanını çıxarar.
7Ey Allah, Səndən iki şey istəyirəm, Nə qədər ömrüm var, məndən onları əsirgəmə:
8Saxta, yalan sözlər qoy məndən uzaq olsun; Məni nə yoxsul, nə də zəngin et, Ancaq mənə gündəlik çörəyimi ver.
9Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm.
10Qul barədə ağasına pis sözlər demə, Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.
11Adam var ki, atasına qarğış edir, Anasına alqış etmir.
12Adam var ki, özünü təmiz sanır, Amma murdarlıqdan təmizlənməyib.
13Adam var ki, yuxarıdan aşağı baxar, Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar.
14Adam var ki, dişləri qılınca bənzər, Elə bil çənəsinə bıçaqlar düzüb, Yer üzündən məzlumları udar, İnsanların içindən fəqirləri məhv edər.
15Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz:
16Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov.
17Kim ki atasına rişxənd edir, Anasının sözünə xor baxır, Dərələrdəki qarğalar onun gözlərini deşəcək, Qartal balaları onun bəbəklərini yeyəcək.
18Mənim ağlım kəsməyən üç şey var, Anlamadığım dörd şey var:
19Səmada qartalın yolu, Qayada ilanın yolu, Dənizdə gəminin yolu, Kişi ilə gənc qadının yolu.
20Zinakar qadının da yolu belədir: Yeyər, ağzını silər, «Nə pis iş görmüşəm ki?» deyər.
21Yer üç şeydən lərzəyə gəlir, Dörd şey var ki, ona tab gətirmir:
22Qulun padşah olması, Sarsağın doyunca çörək tapması,
23Nifrətəlayiq qadının ərə getməsi, Qarabaşın öz xanımının yerinə keçməsi.
24Yer üzündə dörd şey var, Kiçik olsa da, hikməti çoxdur:
25Qarışqalar qüvvətli olmayan birlikdir, Yemini yayda tədarük edir;
26Qayadovşanları da güclü olmayan birlikdir, Evlərini qaya içində tikir;

Read Süleymanin Məsəlləri 30Süleymanin Məsəlləri 30
Compare Süleymanin Məsəlləri 30:6-26Süleymanin Məsəlləri 30:6-26