Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 2

Süleymanin Məsəlləri 2:2-22

Help us?
Click on verse(s) to share them!
2Qulağını hikmətə tərəf çevirsən, Ürəyini dərrakəyə tərəf meyl etdirsən,
3Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən,
4Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
5Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
6Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
7O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
8O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
9Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.
11İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
12Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.
13Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar.
14Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar.
15Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir.
16Hikmət səni yad arvaddan, Şirin dilli əxlaqsız qadından qurtarar.
17Bu qadın gənc vaxtı getdiyi ərini atıb, Allahının əhdini unudub.
18Onun evi ölümə, Yolları qəbiristanlığa aparar.
19Yanına gələn kimsə geri qayıtmaz, Bir daha həyat yollarına çatmaz.
20Beləliklə, yaxşıların yolu ilə gedərsən, Salehlərin yollarına bağlı qalarsan.
21Çünki əməlisalehlər yer üzündə sakin olacaq, Kamillər burada qalacaq.
22Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq.

Read Süleymanin Məsəlləri 2Süleymanin Məsəlləri 2
Compare Süleymanin Məsəlləri 2:2-22Süleymanin Məsəlləri 2:2-22