Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 29

Süleymanin Məsəlləri 29:2-22

Help us?
Click on verse(s) to share them!
2Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər.
3Hikmət sevən atasını sevindirər, Fahişələrə aşna olanın əlindən var-yoxu gedər.
4Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər.
5Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.
6Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir.
7Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir.
8Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
9Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.
10Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.
11Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
12Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
13Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
14Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
15Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
16Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
17Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
18İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!
19Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz.
20Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var.
21Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər.
22Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.

Read Süleymanin Məsəlləri 29Süleymanin Məsəlləri 29
Compare Süleymanin Məsəlləri 29:2-22Süleymanin Məsəlləri 29:2-22