Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 29

Süleymanin Məsəlləri 29:11-27

Help us?
Click on verse(s) to share them!
11Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
12Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
13Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
14Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
15Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
16Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
17Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
18İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!
19Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz.
20Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var.
21Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər.
22Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.
23İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.
24Oğruya qoşulan öz-özünə düşməndir, And içsə də, məhkəmədə həqiqəti söyləməz.
25İnsandan qorxan özünü tələyə salar, Amma Rəbbə güvənən arxayın yaşar.
26Çoxu hökmdarın hüzurunu arzular, Amma insan ədaləti Rəbdə tapar.
27Salehlər haqsızlardan, Pis insanlarsa əməlisalehlərdən ikrah edər.

Read Süleymanin Məsəlləri 29Süleymanin Məsəlləri 29
Compare Süleymanin Məsəlləri 29:11-27Süleymanin Məsəlləri 29:11-27