Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 27

Süleymanin Məsəlləri 27:3-27

Help us?
Click on verse(s) to share them!
3Daşın, qumun çəkisi ağırdır, Səfehin əsib-coşması bunların ikisindən də ağırdır.
4Hiddət amansızdır, qəzəbsə aşıb-daşar, Paxıllıq daha betərdir, ona necə dözmək olar?
5Aşkar irad gizli məhəbbətdən üstündür.
6Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər.
7Toxun könlü şanı balını belə, rədd edər, Lakin ac olana acı şeylər belə, şirin gələr.
8Yurdundan ayrı düşən insan Bir quş kimi yuvasından ayrı düşür.
9Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi Dostun nəsihəti də insana xoş gələr.
10Həm öz dostunu, həm də atanın dostunu tərk etmə, Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
11Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, Onda məni utandırana cavab verə bilərəm.
12Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
13Özgəyə zamin duranın libasını al, Onu qərib qadın üçün girov saxla.
14Kim ki qonşusunu sübh erkən ucadan salamlar, O zaman salamı söyüş sayılar.
15Davakar qadın yağışda daman damcıya oxşar.
16Onu yel kimi dayandırmaq olmaz, Zeytun yağı kimi ovucda saxlamaq olmaz.
17Dəmir dəmiri itilər, İnsan insanın ağlını iti edər.
18Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər.
19Sifətin əksi suyun üzünə düşdüyü kimi İnsanın ürəyi də onu elə göstərər.
20Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz.
21İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar.
22Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.
23Sürünə yaxşı bax, naxırına nəzər yetir,
24Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
25Saman yığılandan sonra təzə ot bitəndə, Dağlarda ot biçiləndə
26Quzuların səni geyindirər, Təkələrini satıb tarla ala bilərsən.
27Keçilər sənə yemək üçün o qədər süd verər ki, Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.

Read Süleymanin Məsəlləri 27Süleymanin Məsəlləri 27
Compare Süleymanin Məsəlləri 27:3-27Süleymanin Məsəlləri 27:3-27