2Qoy səni özün yox, başqaları tərifləsin, Sənə tərifi öz dilin yox, yad söyləsin.
3Daşın, qumun çəkisi ağırdır, Səfehin əsib-coşması bunların ikisindən də ağırdır.
4Hiddət amansızdır, qəzəbsə aşıb-daşar, Paxıllıq daha betərdir, ona necə dözmək olar?
5Aşkar irad gizli məhəbbətdən üstündür.
6Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər.
7Toxun könlü şanı balını belə, rədd edər, Lakin ac olana acı şeylər belə, şirin gələr.
8Yurdundan ayrı düşən insan Bir quş kimi yuvasından ayrı düşür.