Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 26

Süleymanin Məsəlləri 26:7-28

Help us?
Click on verse(s) to share them!
7Axmağın ağzından çıxan məsəl Topalın ayağının axsamağına bənzəyir.
8Axmağı tərifləmək Sapanda qoyulan daşa bənzəyir.
9Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər.
10Axmağı, hər yoldan ötəni muzdla tutan Hamını yaralayan naşı oxatan kimidir.
11Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır.
12Öz gözündə hikmətli sayılanı görmüsənmi? Axmağa ondan artıq ümid var.
13Tənbəl deyər: «Yolda aslan var, Şir küçələri dolanır».
14Qapı öz oxu üstündə necə fırlanırsa, Tənbəl də yatağında elə fırlanır.
15Tənbəl əlini qabda olana batırar, Ağzına aparmağa ərinər.
16Tənbəl öz gözündə Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.
17Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur.
18Odlu, öldürücü oxlar atan dəli necədirsə,
19Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.
20Odun qurtaranda ocaq sönər, Qeybətçi olmayan yerdə dava bitər.
21Necə ki kömür köz salar, odun alışar, Davakar adam da münaqişəni bu cür alovlandırar.
22Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
23Hərarətli dili, şər dolu ürəyi olan insan Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır.
24Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar.
25Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub.
26Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar.
27Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr.
28Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər, Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.

Read Süleymanin Məsəlləri 26Süleymanin Məsəlləri 26
Compare Süleymanin Məsəlləri 26:7-28Süleymanin Məsəlləri 26:7-28