Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 25

Süleymanin Məsəlləri 25:3-13

Help us?
Click on verse(s) to share them!
3Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz.
4Tullantını gümüşdən ayırsan, Zərgərə əl işi qalar.
5Əgər şər adam padşahın yanından ayrılarsa, Taxtı salehliklə möhkəmlənər.
6Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma.
7Çünki «buyur yuxarı» dəvətini almaq Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.
8Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən?
9Münaqişəni qonşunla özün həll et, Özgənin sirrini açma.
10Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar.
11Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər.
12Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir.
13Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir.

Read Süleymanin Məsəlləri 25Süleymanin Məsəlləri 25
Compare Süleymanin Məsəlləri 25:3-13Süleymanin Məsəlləri 25:3-13