Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 23

Süleymanin Məsəlləri 23:19-28

Help us?
Click on verse(s) to share them!
19Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
20Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
21Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
22Doğma atana qulaq as, Qoca anana xor baxma.
23Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
24Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
25Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
26Oğlum, ürəyini mənə yönəlt, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
27Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur.
28Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar.

Read Süleymanin Məsəlləri 23Süleymanin Məsəlləri 23
Compare Süleymanin Məsəlləri 23:19-28Süleymanin Məsəlləri 23:19-28