Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 23

Süleymanin Məsəlləri 23:19-26

Help us?
Click on verse(s) to share them!
19Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
20Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
21Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
22Doğma atana qulaq as, Qoca anana xor baxma.
23Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
24Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
25Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
26Oğlum, ürəyini mənə yönəlt, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.

Read Süleymanin Məsəlləri 23Süleymanin Məsəlləri 23
Compare Süleymanin Məsəlləri 23:19-26Süleymanin Məsəlləri 23:19-26