Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 23

Süleymanin Məsəlləri 23:13-24

Help us?
Click on verse(s) to share them!
13Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
14Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
15Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
16Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
17Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
18Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.
19Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
20Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
21Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
22Doğma atana qulaq as, Qoca anana xor baxma.
23Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
24Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.

Read Süleymanin Məsəlləri 23Süleymanin Məsəlləri 23
Compare Süleymanin Məsəlləri 23:13-24Süleymanin Məsəlləri 23:13-24