Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 22

Süleymanin Məsəlləri 22:1-24

Help us?
Click on verse(s) to share them!
1Yaxşı ad böyük sərvətdən, Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.
2Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir – Hər ikisini yaradan Rəbdir.
3Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
4İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır.
5Əyri yol tikanlıdır, orada tələlər var, Canını qoruyan bundan uzaqlaşar.
6Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.
7Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar.
8Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər.
9Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar.
10Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar.
11Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.
12Rəbbin gözləri biliyi qoruyar, Xainin sözlərini isə boşa çıxarar.
13Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar».
14Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar.
15Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
16Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.
17Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.
18Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar.
19Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm.
20Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?
21Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən.
22Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.
23Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.
24Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.

Read Süleymanin Məsəlləri 22Süleymanin Məsəlləri 22
Compare Süleymanin Məsəlləri 22:1-24Süleymanin Məsəlləri 22:1-24