Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 21

Süleymanin Məsəlləri 21:6-12

Help us?
Click on verse(s) to share them!
6Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
7Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir.
8Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır.
9Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
10Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz.
11Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar.
12Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər.

Read Süleymanin Məsəlləri 21Süleymanin Məsəlləri 21
Compare Süleymanin Məsəlləri 21:6-12Süleymanin Məsəlləri 21:6-12