Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 21

Süleymanin Məsəlləri 21:2-22

Help us?
Click on verse(s) to share them!
2İnsanın yolu öz gözündə düz sayılar, Lakin ürəkləri Rəbb yoxlayar.
3Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
4Təkəbbürlü baxış, lovğa ürək Pislərin işığı və günahıdır.
5Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər.
6Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
7Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir.
8Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır.
9Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
10Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz.
11Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar.
12Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər.
13Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək.
14Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar.
15Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər.
16Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar.
17Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz.
18Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
19Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
20Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
21Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
22Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər.

Read Süleymanin Məsəlləri 21Süleymanin Məsəlləri 21
Compare Süleymanin Məsəlləri 21:2-22Süleymanin Məsəlləri 21:2-22