Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 20

Süleymanin Məsəlləri 20:2-8

Help us?
Click on verse(s) to share them!
2Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər.
3Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.
4Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz.
5Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar.
6İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar?
7Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar.
8Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar.

Read Süleymanin Məsəlləri 20Süleymanin Məsəlləri 20
Compare Süleymanin Məsəlləri 20:2-8Süleymanin Məsəlləri 20:2-8