Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 1

Süleymanin Məsəlləri 1:6-25

Help us?
Click on verse(s) to share them!
6Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
7Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
8Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
9Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.
10Oğlum, qoyma səni günahkarlar azdırsın.
11Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək,
12Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər.
13Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq.
14Bizə qoşul, Qoy kisəmiz bir olsun»,
15Oğlum, onlara qoşulma, Yollarına ayaq basma.
16Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər.
17Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır.
18Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür.
19Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar.
20Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır.
21O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir:
22«Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?
23Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim.
24Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz.
25Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz.

Read Süleymanin Məsəlləri 1Süleymanin Məsəlləri 1
Compare Süleymanin Məsəlləri 1:6-25Süleymanin Məsəlləri 1:6-25