Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 1

Süleymanin Məsəlləri 1:1-9

Help us?
Click on verse(s) to share them!
1İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
2Hikmət və tərbiyəyə malik olmaq, Müdrik sözləri dərk etmək üçün,
3Salehlik, ədalət, insaf barədə İdrak tərbiyəsi almaq üçün,
4Cahillərə uzaqgörənlik, Gənc oğlana bilik və dərrakə vermək üçün;
5Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın.
6Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
7Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
8Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
9Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.

Read Süleymanin Məsəlləri 1Süleymanin Məsəlləri 1
Compare Süleymanin Məsəlləri 1:1-9Süleymanin Məsəlləri 1:1-9