Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 16

Süleymanin Məsəlləri 16:7-14

Help us?
Click on verse(s) to share them!
7Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar.
8Salehliklə qazanılan az şey Haqsız yolla olan bol gəlirdən yaxşıdır.
9İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
10Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar, Qoy onda məhkəmədə ədalətdən yan keçməsin.
11Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər.
12Şər iş görmək padşahlarda ikrah yaradar, Çünki salehliklə taxtlar möhkəm olar.
13Saleh adamın dili padşahları razı salar, Onlar düz danışanı sevər.
14Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar.

Read Süleymanin Məsəlləri 16Süleymanin Məsəlləri 16
Compare Süleymanin Məsəlləri 16:7-14Süleymanin Məsəlləri 16:7-14