Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 16

Süleymanin Məsəlləri 16:21-30

Help us?
Click on verse(s) to share them!
21Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.
22Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir.
23Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir.
24Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır.
25Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
26Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir.
27Yaramaz şər quyusu qazar, Dili alov kimi yandırıb-yaxar.
28Hiyləgər adam dava yaradar, Qeybətçi əziz dostları ayırar.
29Zorakı qonşularını aldadar, Onları yaxşı olmayan yola aparar.
30Niyyəti hiyləli olan göz vurar, Dodaq büzər, şər qurar.

Read Süleymanin Məsəlləri 16Süleymanin Məsəlləri 16
Compare Süleymanin Məsəlləri 16:21-30Süleymanin Məsəlləri 16:21-30