Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 13

Süleymanin Məsəlləri 13:8-23

Help us?
Click on verse(s) to share them!
8Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
9Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
10Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
11Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.
12Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır.
13Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər.
14Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
15Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.
16Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir.
17Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
18Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
19Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
20Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.
21Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.
22Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar.
23Yoxsulların əkini bol bəhrə versə də, Ədalət olmayan yerdə bada gedər.

Read Süleymanin Məsəlləri 13Süleymanin Məsəlləri 13
Compare Süleymanin Məsəlləri 13:8-23Süleymanin Məsəlləri 13:8-23