Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 13

Süleymanin Məsəlləri 13:4-11

Help us?
Click on verse(s) to share them!
4Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
5Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.
6Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar.
7Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.
8Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
9Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
10Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
11Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.

Read Süleymanin Məsəlləri 13Süleymanin Məsəlləri 13
Compare Süleymanin Məsəlləri 13:4-11Süleymanin Məsəlləri 13:4-11