Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 13

Süleymanin Məsəlləri 13:2-8

Help us?
Click on verse(s) to share them!
2İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər, Xain zorakılıq istər.
3Dilini saxlayan canını qoruyar, Boşboğaz başını bəlaya salar.
4Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
5Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.
6Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar.
7Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.
8Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.

Read Süleymanin Məsəlləri 13Süleymanin Məsəlləri 13
Compare Süleymanin Məsəlləri 13:2-8Süleymanin Məsəlləri 13:2-8