Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 13

Süleymanin Məsəlləri 13:14-20

Help us?
Click on verse(s) to share them!
14Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
15Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.
16Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir.
17Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
18Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
19Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
20Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.

Read Süleymanin Məsəlləri 13Süleymanin Məsəlləri 13
Compare Süleymanin Məsəlləri 13:14-20Süleymanin Məsəlləri 13:14-20