Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 12

Süleymanin Məsəlləri 12:1-11

Help us?
Click on verse(s) to share them!
1Tərbiyəni sevən biliyi sevər, Məzəmmətə nifrət edən şüursuzdur.
2Rəbb yaxşı adamdan razı qalar, Pisniyyət adamı isə məhkum edər.
3İnsan şərlə möhkəm olmaz, Salehinsə kökü sarsılmaz.
4Xeyirxah arvad ərinin tacıdır, Adbatıran qadın çürümüş sümüyə oxşar.
5Salehlərin məqsədi ədalətdir, Şər insanların məsləhəti hiyləgərlikdir.
6Şər adamların sözləri ölüm üçün pusqu qurar, Əməlisalehlər dili ilə xilas olar.
7Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz.
8İnsan ağıllı sözlərinə görə təriflənər, Qəlbində hiylə olanlara xor baxılar.
9Şöhrətsiz, lakin qul sahibi olan insan Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.
10Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, Şər insanın mərhəmətində də zalımlıq var.
11Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər.

Read Süleymanin Məsəlləri 12Süleymanin Məsəlləri 12
Compare Süleymanin Məsəlləri 12:1-11Süleymanin Məsəlləri 12:1-11