4Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar.
5Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.
6Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar.
7Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar.
8Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər.
9Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər.