Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 11

Süleymanin Məsəlləri 11:15-27

Help us?
Click on verse(s) to share them!
15Özgəyə zamin duran özünü bəlaya salar, Belə zaminlikdən zəhləsi gedən dinc yaşar.
16Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar.
17İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər.
18Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
19Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.
20Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar.
21Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.
22Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər.
23Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar.
24Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər.
25Comərd bolluğa yetişər, Su verənə su verilər.
26Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar.
27Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar.

Read Süleymanin Məsəlləri 11Süleymanin Məsəlləri 11
Compare Süleymanin Məsəlləri 11:15-27Süleymanin Məsəlləri 11:15-27